Ərdoğanla Baxçalı arasında KRİTİK GÖRÜŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bu gün görüşəcək.

Musavat.com xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq görüş Prezident Sarayında keçiriləcək. Görüşdə zəlzələ zonasındakı son vəziyyət və seçkilərlə bağlı görüləcək işlərin müzakirə olunması gözlənilir.

08.03.2023 14:12
2018