Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşları Şırnak şəhərində yol qəzası keçirib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan polis əməkdaşlarından daha biri dünyasını dəyişib.
Məlumata görə, polis İlker Duranın həyatını xilas etmək mümkün olmayıb.
Bununla da qəza zamanı həlak olan polislərin sayı ikiyə çatıb. Belə ki, dünən qəza nəticəsində polis Fırat Dere həlak olub, daha 2 nəfər isə yaralanıb.