Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli hökumət və biznes nümayəndələri ilə mühüm görüş keçirib.
Musavat.com xəbər verir ki, o, görüşün Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılaşmaların nəticəsi olduğunu bildirib.
Zelenski vurğulayıb ki, Türkiyə biznesi artıq Ukraynada aktiv şəkildə təmsil olunur və Kiyev bunu yüksək qiymətləndirir. Eyni zamanda, o, Türkiyənin göstərdiyi yardımı və xüsusilə “Bayraktar” pilotsuz uçuş aparatlarının tədarükünü də qeyd edib.
Tərəflər ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün səyləri, ikitərəfli münasibətlərin inkişafını, müxtəlif növ dronların birgə istehsalı imkanlarını və Türkiyə şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakını müzakirə ediblər.
Ukrayna Prezidenti bildirib ki, Türkiyə ölkəsi üçün strateji tərəfdaşlardan biridir və eyni zamanda təhlükəsizlik zəmanətləri sahəsində də mühüm tərəfdaş hesab olunur. O, Türkiyə ilə azad ticarət sazişinin ratifikasiyasına hazır olduqlarını və bu məsələnin Prezident Ərdoğanın Ukraynaya planlaşdırılan səfəri zamanı həll ediləcəyini açıqlayıb.
@@TVmusavat/110525@@
Musavat.com