“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri BMT-də islahatlara ehtiyac olduğunu göstərir”.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun martın 4-də Bakıda keçirilən “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” adlı panelin iştirakçılarına videomüraciətində bildirib.
O qeyd edib ki, BMT-nin sülh və təhlükəsizliyi bərpa etməkdə qarşılaşdığı çətinliklər mövcuddur:
“Çalışırıq ki, daha hərtərəfli bir dünya inşa edək. Dövlətlər, QHT-lər və media təşkilatları arasında daha güclü əlaqələrin qurulmasına ehtiyac var. Türkiyə beynəlxalq ictimaiyyətin də iştirakı ilə daha ədalətli bir dünya qurmağın mümkün olduğuna inanır”.
Şahanə Rəhimli
Musavat.com