Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 28 May 2025-ci ildə Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək".

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında məlumat yayıb. 

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur:  “Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı”nın 2-ci Toplantısı keçiriləcək. Səfər zamanı prezidentimiz Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəniyyət tədbirini keçirəcək”. 

Şahanə Rəhimli
Musavat.com

27.05.2025 18:09
1227