Türkiyənin məşhur ulduzu Zerrin Özer prezident Rəcəb Tayyib Ərdoğanı sevməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı post başına bəla olub.
Bununla bağlı 66 yaşlı sənətçi jurnalistlərə söhbətində danışıb.
“Bu, mənim üçün çox dəyərlidir. Əvvəllər də prezidentimizi sevdiyimi ifadə edəndə ağır linç prosesindən keçdim. Mən şəxsi mənafeyi düşünən adam deyiləm. Hisslərimi səmimiyyətlə bildirdim və buna görə aylarla psixoloji təsirləndim. Konsertlərim ləğv olundu və sosial şəbəkələrdə ciddi ittihamlarla üzləşdim. Həyatımda nifrətə yer yoxdur, ona görə də yaşadığım linçləri anlamaqda çətinlik çəkirəm”, - deyə Z.Özer vurğulayıb.//Olay.az