Ərdoğandan Zəngəzur mesajı: “Bu, təkcə yol deyil, türk dünyasına açılan inteqrasiya dəhlizidir"

"Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvan arasında quru bağlantısı deyil, həm də türk dünyasını birləşdirən yeni strateji inteqrasiya marşrutudur".

Musavat.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və əməkdaşlıqla bağlı son çıxışında səsləndirib. Prezident bildirib ki, dəhlizin ən qısa zamanda açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu daha da möhkəmləndirəcək.

Ərdoğan, həmçinin qonşu İranı bu regional təşəbbüsləri dəstəkləməyə çağırıb:

“Biz gözləyirik ki, qonşumuz İran bölgədə sülh, sabitlik və rifaha yönəlmiş addımları dəstəkləsin. Onun da bu qarşılıqlı faydalı mühitdən bəhrələnməsini istəyirik".

Türkiyə lideri vurğulayıb ki, atılan hər bir inteqrasiya addımı yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni yaxınlaşmaya da xidmət edir:

“Açılan hər bir yol, yaradılan hər bir dəhliz ölkələrə yalnız fayda gətirmir, həm də zamanla onları bir-birinə yaxınlaşdırır".

Musavat.com

 
 
 
 
29.05.2025 14:30
1218