Biz diplomatik təmaslarımızı davam etdiririk ki, İslam ölkələri Qəzzada İsrail zülmünə qarşı birgə reaksiya və hərəkət edə bilsinlər.
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Fələstində işğalçılıq siyasəti bitənə qədər mübarizə davam edəcək:
"Fələstində işğalçılıq siyasəti və qırğınlar bitənə və 1967-ci il sərhədləri əsasında paytaxtı Qüds olan, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik"
Musavat.com