"Türkiyə tezliklə İraqın şimalında PKK terror təşkilatına qarşı 2019-cu ildən davam edən “Pəncə-Kilid” əməliyyatını, həmçinin Suriyanın şimalındakı ərazilərdə təhlükəsizlik kəmərinin yaradılmasını başa çatdırmağı planlaşdırır."
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinin buraxılış mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə ordusu və xüsusi xidmət orqanları terror təşkilatına ciddi zərbələr vurur: "Yaxın zamanda İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsindəki qalan digər terror yuvalarını da məhv edəcəyik. Biz həmçinin təhlükəsizlik kəmərindəki çatışmayan halqaları da bağlayacağıq, Suriya və İraqdakı terror təşkilatı tamamilə tələyə salacağıq”.
Musavat.com