Ərdoğandan Qəzza ilə bağlı sərt mesaj: "Günahkarları cəzasız qalmayacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verən humanitar fəlakətə münasibət bildirib.

“Qəzzada aclıqdan əriyən bu günahsız uşaqlar... Günahkarlar, şübhəsiz, həm tarix, həm də qanun qarşısında cavab verəcəklər”, – deyə o, bəyan edib.

Musavat.com xəbər verir ki, Ərdoğan daha əvvəl də İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edərək beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə çağırmışdı.

Musavatcom

07.08.2025 20:45
330