Sosial mediada maraqlı bir video parça yayınlanıb.
8 iyun 2022-ci il tarixində Xural TV-nin efirində Rauf Arifoğlu Əvəz Zeynallıya "bir yerə yaz", deyə, iddialı bir proqnoz verir.
Türkiyədə prezident Ərdoğana rəqib olan "Millət İttifaqı"nın 2023-cü il seçkilərinə qədər parçalanacağını, onu da məhz "İyi parti" genəl başqanı Meral Akşenərin edəcəyini söyləyən R. Arifoğlunun dediklərinin dəqiqliklə düz çıxması marağa səbəb olub.
Musavat.com həmin video parçanı öz oxucularına təqdim edir.