Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Hansısa çətinlik görmürəm"

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşləri xatırladıb: “Orada Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orban və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdük. Sonra da heyətlərarası görüş oldu. Bu məsələlər barədə danışdıq”.

 

14.10.2022 13:14
994