"Zəlzələ zamanı həyatını itirənlər şəhiddir".
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri hazırda zəlzələdən ən çox zərər çəkən 10 əyalətdən biri olan Adıyamanda çıxışı zamanı deyib.
O bildirib ki, İslam inancına görə, təbii fəlakətlər nəticəsində həlak olanların məqamı şəhadət, şəhidlik hesab olunur.
Çıxışı zamanı üstüörtülü şəkildə müxalifəti hədəf alan Ərdoğan xalqı bu hadisədən sui-istifadə edənlərə inanmağa çağırıb: "Bu işdən sui-istifadə edən heç bir vətəndaşa, heç bir quruma və ya siyasi partiyaya inanmayın. Birlik və həmrəyliyin lazım olduğu bir zamanda bundan sui-istifadə edənlərə haqq verməyin. Bu millət alicənabdır, bu soysuzlara zamanı gələndə cavab verəcək".
Musavat.com