Ərdoğan zəlzələ ilə bağlı çıxış etdi - VİDEO

“Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik”.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda dağıntılar altında 53 317 nəfərdən ibarət axtarış-xilasetmə heyəti çalışır: “Türkiyədən və xaricdən gələn komandaların sayı hər keçən saat artır”.

Ərdoğan 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb.

07.02.2023 15:59
720