Ərdoğan, Zelenski və Quterreş arasında üçtərəfli görüş başa çatıb -YENİLƏNİB

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başa çatıb.

Musavat.com verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə edib.

***

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

18.08.2022 18:55
793