Ərdoğan Zelenski ilə telefonla danışdı

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, müzakirələr zamanı Ankara ilə Kiyev arasındakı münasibətlər, Rusiya-Ukrayna sülh prosesi, həmçinin regional və qlobal məsələlər diqqət mərkəzində olub.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ukrayna və Rusiya arasında yüksək səviyyəli təmasların təşkili üçün tam dəstək verməyə hazırdır.

Musavat.com

28.08.2025 17:26
387