Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşəndən sonra Rusiya lideri Vladimir Putinlə də bir araya gələcək.
“Report” “A Haber”ə istinadən xəbər verir ki, görüşün yeri və dəqiq tarixi açıqlanmayıb.
R.T.Ərdoğan və V.Putinin üz-üzə müzakirələr aparacaqları gözlənilir.
Qeyd edək ki, V.Zelenski bu gün Türkiyəyə səfər edəcək.