Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşüb.
Musavat.com xəbər verir ki, liderlər ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Türkiyə prezidenti Ankara ilə London arasında əlaqələrin inkişafı, eləcə də ticarət dövriyyəsinin həcminin artırılması istiqamətində səyləri davam etdirmək niyyətində olduğunu bildirib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun və Britaniya rəsmiləri iştirak ediblər.
Şahanə Rəhimli
Musavat.com