Ərdoğan: "Türkiyə terrorla mübarizəni davam etdirəcək"

Türkiyə ölkə daxili və xaricində terrorla mübarizəsini son terrorçu zərərsizləşdirilənə qədər davam etdirəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda iftar mərasimi zamanı çıxışında bildirib.

O qeyd edib ki, Ankara terrorçuları dəstəkləyənlərə qarşı da mübarizəsini gücləndirəcək.

Ərdoğan, həmçinin, Cumhur ittifaqının 14 mayda keçiriləcək prezident və millət vəkili seçkilərini xalqın dəstəyi ilə qazanacağını da vurğulayıb.

 

23.03.2023 22:51
356