Ərdoğan Trampa zəng etdi: "keçmiş olsun" mesajı və açıq dəstək

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasına bağlı "İlətişim başkanlığından" məlumat yayılıb.

Danışıqda Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib. Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib.

Verilən rəsmi açıqlamaya görə, telefon danışığında Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib. Prezident Ərdoğan danışıq zamanı Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.

Cumhurbaşkanı Erdoğan, Trump ile telefonda görüşerek geçmiş olsun  dileklerini iletti

Prezident Ərdoğan sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. O, mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.

O, Trampın sui-qəsd cəhdindən sonra qütbləşməni və gərginliyi azaltmaq üçün sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirdiyini bildirib və Donald Trampı Respublikaçılar Partiyası tərəfindən ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürülməsi münasibətilə təbrik edib. Prezident Ərdoğan ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.

Görünən budur ki, prezident Ərdoğan bu "keçmiş olsun" mesajı ilə həm də ABŞ-dakı seçkilərdə Türkiyənin tərəfini ifadə edib.

Musavat.com

19.07.2024 08:33
1502