Ərdoğan: “Sosial şəbəkələr gəncləri korlayır”

"Sosial şəbəkələr gəncləri zəhərləyir. Oyun platformaları həmçinin zorakılığı və azğınlığı təşviq edən vasitəçi rolunu oynayır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, uşaqlar məkrli şəkildə oyunlara yerləşdirilən LGBT təbliğatına məruz qalırlar.

“Türkiyəni iqtisadi, sosial və təhlükəsizlik baxımından zəiflətməyi hədəfləyən irqçi tələnin episentri virtual dünyadır!”.

 

Şahanə Rəhimli
Musavat.com

07.09.2024 00:39
358