Ərdoğan sabah ölkə əhalisinə MÜRACİƏT edəcək - Dünyanın gözü bu TOPLANTIDA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisinə müraciət edəcək.

Musavat.com xəbər verir ki, sabah Türkiyə Nazirlər Kabinetinin növbəti toplantısından sonra dövlət başçısının xalqa müraciətiedəcəyi açıqlanıb.

Sözügedən toplantıda Ukraynada taxıl dəhlizi, 81 vilayətdə tikiləcək 150 min sosial mənzil layihəsi və terrorla mübarizə müzakirə olunacaq. Eyni zamanda Türkiyədə iqtisadi vəziyyət və digər məsələlər müzakirə mövzusu olacaq.

Kabinetin müzakirə edəcəyi məsələlər arasında meymunçiçəyi ilə bağlı aparılan profilaktik tədbirlər də var.

Ərdoğan həmçinin Nazirlər Kabinetində Rusiya prezidenti Vladimir Putinlə görüşlərini, Ukraynaya səfərini və Zelenski ilə təmaslarını dəyərləndirəcək və gələcək üçün görüləcək işlər kabinetdə müzakirə edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra alınan son qərarları açıqlamaq üçün xalqa müraciət edəcək.

Qeyd edək ki, bundan əvvəl hökumətin iclası avqustun 1-də baş tutmuşdu.

Musavat.com

21.08.2022 15:05
2142