Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə liderləri BRICS-in Kazanda keçiriləcək sammitinin tədbirləri zamanı ayrıca görüşün keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı təsdiqləyiblər.