Ərdoğan Putinə hərbi əməliyyatları birtərəfli qaydada dayandırmağı təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə hərbi əməliyyatları birtərəfli qaydada dayandırmağı təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə prezidenti qeyd edib ki, danışıqlara çağırışlar döyüşlərin birtərəfli dayandırılması və fikir ayrılıqlarının ədalətli həlli ilə dəstəklənməlidir.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, həmçinin Suriya və Ukrayna ilə bağlı müzakirələr aparılıb.

Toğrul İSMAYIL,
Musavat.com

05.01.2023 17:35
1229