Ərdoğan Putin və Zelenski ilə telefonla danışmaq niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra söyləyib.

Məlumata görə, o, rusiyalı və ukraynalı həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

22.09.2022 17:58
490