Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni pisləyib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə lideri hücumu törədənlərin 24 saat ərzində tutulacağını bildirib:
“Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq”.
Qeyd edək ki, silahlı hücum İstanbulun Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində olub. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb. Hələlik heç kim cinayətə görə məsuliyyəti üzərinə götürməyib.