Ərdoğan Kazanda həmin terrordan danışdı - “4 şəhidimiz var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktı ilə bağlı açıqlama verib.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində çıxışı zamanı danışıb.

Türkiyə lideri hücumda 4 nəfərin həlak olduğunu, 14 nəfərin isə yaralandığını bildirib. Qeyd edib ki, yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Türkiyə Prezidenti Rusiyada keçirilən beynəlxalq platformadan terror aktını pislədiyini də bəyan edib.

23.10.2024 20:12
584