Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.
Bu barədə “Anadolu” məlumat yayıb.
Ərdoğan İsrail Prezidenti ilə danışıqlarda Məscidül-Əqsaya edilən hücumların müsəlmanlarla bərabər bütün bəşəriyyətin vicdanını incitdiyini bildirib.
Türkiyənin dövlət başçısı Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməsi lazım olduğunu vurğulayıb.