BMT Baş Assambleyasının səsverməsində İsrail - HƏMAS münaqişəsində atəşkəsi dəstəkləyən ölkələrin sayı 121-dən 153-ə yüksəlib.
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan rəsmi səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada deyib.
Ərdoğan qeyd edib ki, Macarıstan bitərəf qaldığına görə, bu o deməkdir ki, atəşkəs rejimini dəstəkləməyə gedəcək.
"İndi bu 153 müsbət səslə müsbət yanaşmamız daha da artacaq və İsrail-Fələstin prosesi çox fərqli inkişaf edəcək. Məsələn, İsrailə yardımla bağlı qətnamənin ABŞ Konqresində rədd edilməsini vacib hesab edirəm" - Türkiyə lideri deyib.
Musavat.com