Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında maraqlı anlar yaşanıb.
Musavat.com xəbər verir ki, Albaniyanın baş naziri Edi Rama qonaqları qırmızı xalıda qarşılayarkən geyindiyi idman ayaqqabısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətini çəkib.
Ərdoğan Rama ilə əl sıxarkən gülümsəyərək "idman ayaqqabısı geyinmisən" deyib.
Baş nazirin bu zarafata isti cavab verməsi və hər iki liderin səmimi şəkildə gülümsəməsi kameralara əks olunub.
Toplantıdakı bu qeyri-rəsmi an sosial mediada da maraqla qarşılanıb.
Şahanə Rəhimli
Musavat.com