Ərdoğan “Böyük Fələstin Mitinqi”ndə Qarabağdan DANIŞDI

“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib.

O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük”.

Ərdoğan, həmçinin HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamasının gözlənilən olduğunu əlavə edib. (APA)

28.10.2023 18:55
1182