Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni İsrailə silah tədarükünə embarqo qoymağa çağırıb.
Musavat.com xəbər verir ki, Türkiyə lideri bu barədə xarici işlər nazirlərinin Cənubi Qafqazda əməkdaşlığın inkişafı üzrə “3+3” regional platforması çərçivəsində keçirilən görüşdə deyib.
Ərdoğan bildirib ki, İsrail regionda münaqişələri yaymaq üçün təxribatlar törədir və hər gün regional müharibəni yaxınlaşdırır.
Onun sözlərinə görə, BMT-də İsrailə silah embarqosu İsrailin təcavüzünü dayandırmaq üçün təsirli addım olacaq və Türkiyə bu mövqeyini bütün platformalarda ifadə etməyə davam edəcək.
Cümə günü İstanbulda Cənubi Qafqazda əməkdaşlığın inkişafı üzrə “3+3” regional platforması çərçivəsində Türkiyə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Gürcüstan təmsilçisi görüşdə iştirak etməyib.
Şahanə Rəhimli
Musavat.com