“Bəşəriyyətin ən ciddi təbii fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədəki çıxışında deyib.
O bildirib ki, dövlət zəlzələdə dəyən ziyanın aradan qaldırılması üçün əlindən gələni edir: “Bütün imkanlarımızı səfərbər etmişik. Axtarış-xilasetmə tədbirləri davam edir".
Türkiyə lideri, həmçinin iqtidarın gördüyü işləri tənqid edənlərə cavab verib: “Onlar əxlaqsızdır, namussuzdur. Bəzilərinin bizim fəaliyyətimizlə bağlı səsləndirdiyi iddialar yolverilməzdir. Vətəndaşlarımızın təxliyəsi davam edir. Bütün lazımi ehtiyaclar təmin edilir”.
R.T.Ərdoğan bildirib ki, zəlzələ bölgəsində 1 il ərzində bərpa işləri başa çata bilər.