Ərdoğan Berdumuhammedova "kangal" balası hədiyyə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdumuhammedova məşhur türk it cinsi olan "kangal" balası hədiyyə edib. 

Musavat.com xəbər verir ki, Serdar Berdumuhammedov isə Ərdoğana məşhur türkmən iti olan "alabay" balası hədiyyə edib. 

Qeyd edək ki, bu hər iki it cinsi heyvansevərlərin ən çox sevdiyi və sahib olduğu məşur cinslər sayılır. 

 

Musavat.com

27.10.2023 00:06
1560