Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, söhbət zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti, İsveçin NATO-ya üzvlüyünü, həmçinin F-16 qırıcıları ilə bağlı məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti amerikalı həmkarı ilə söhbətində İsrailin hücumlarının dərinləşdirilməsi və uzadılmasının mənfi regional və qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
O qeyd edib ki, regionda daimi atəşkəsin təmin edilməsi ABŞ-ın tarixi məsuliyyətidir.
Musavat.com