Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması...

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə yeni dövrün başlamasını arzulayırıq.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunub saxlanması Türkiyənin prioritetləri arasındadır.

Ərdoğan Balkan yarımadası ölkələrinin sabitliyinə və sülhünə xidmət edən addımları hər zaman dəstəklədiklərini bildirib.

Ölkə başçısı xatırladıb ki, Türkiyə ötən ilin oktyabr ayından Kosovodakı NATO qüvvələrinə komandanlıq edir. Ərdoğan Türkiyənin 70 ildən artıqdır fəal və güclü üzvü olduğu NATO-nun təhlükəsizliyin təməl daşlarından biri olduğunu vurğulayıb.

Prezident Türkiyənin NATO-dakı müttəfiqi ABŞ ilə Vaşinqtonda keçirilən son strateji mexanizm toplantısında əməkdaşlığı inkişaf etdirmək qərarına gəldiklərini və Avropa Birliyinə üzvlüyün strateji hədəf olaraq qaldığını bildirib.

13.03.2024 03:42
1773