Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü ilə bağlı TƏBRİK EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə o, rəsmi tviter hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr Müstəqillik gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”, - paylaşımda deyilir.

18.10.2022 21:05
672