Ərdoğan Anıtqəbiri ziyarət etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, xatirə dəftərinə bunları yazıb:

"Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha zati-alinizi və silahdaşlarınızı rəhmətlə yad edirik".

Qeyd edək ki, bu gün Atatürkün vəfatından 85 il keçir.

10.11.2023 11:04
527