Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kosmonavt Alper Gezeravcı ilə canlı yayımda ünsiyyətdə olub.
Musavat.com Türkiyə mətbuatına istinadən məlumat verir ki, Prezident Ərdoğan Gezeravcıya Türkiyə tarixində ilk və çox mühüm missiyanı yerinə yetirmək üçün səfərində uğurlar arzu edib:
“Milli Kosmos Proqramımız çərçivəsində həyata keçirdiyiniz bu kritik missiya ilə bütün millətimizi, xüsusilə uşaqlarımızı və gənclərimizi ruhlandırdınız. Türkiyənin ilk insanlı kosmos missiyası ilə kosmos tədqiqatlarında yeni bir dövrün qapısını açdıq. Sən bizim ilk astronavtımızsan, amma sonuncu olmayacaqsan. Türkiyə də insanlı kosmos missiyalarını yerinə yetirən ölkələr arasında yerini tutub".
Alper Gezeravcı isə deyib: ""Türkiyə əsri"nə qədəm qoyarkən ölkəmi bu mənalı missiyada təmsil etməkdən və bayrağımızı Beynəlxalq Kosmos Stansiyasına daşımaqdan qürur duyuram".
Nigar HƏSƏNLİ,
Musavat.com