Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedib.
Musavat.com xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.
Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Ərdoğanın Misirə rəsmi səfəri başlayıb. Onu Qahirə hava limanında həmkarı Əbdülfəttah əs-Sisi qarşılayıb. Türkiyə liderini bu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır müşayiət edir.
Musavat.com
@@TVmusavat/78741@@