Əraqçidən Qafqaz açıqlaması

Qafqaz İran üçün geosiyasi və strateji əhəmiyyət kəsb edir.

Musavat.com bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi X sosial şəbəkəsindəki bloqunda Ermənistan və Azərbaycandan olan həmkarları ilə telefon danışığının nəticələrinə yekun vuraraq yazıb.

“Dünən və bu gün Azərbaycan Respublikasının və Ermənistanın xarici işlər nazirləri məni telefonla təbrik etdilər. Qafqaz regionu İran İslam Respublikası üçün geosiyasi və strateji əhəmiyyətə malikdir. Tarixi, mədəni və coğrafi yaxınlıq bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb”, - İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri yazıb.

Musavat.com

26.08.2024 17:47
1070