İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyib.
“Tehran ABŞ və İsrailin son addımlarını qeyri-legitim hesab edir. İran tərəfi beynəlxalq hüquqa əsaslanaraq özünü müdafiə etmək hüququna tam malikdir,” – deyə Əraqçi vurğulayıb.
Musavat.com xəbər verir ki, görüş zamanı Rusiya Prezidenti Putin də İrana qarşı zərbələri “əsassız aqressiya” adlandırmış və İran xalqına dəstəyin davam edəcəyini bildirmişdi.
Musavat.com