Hindistanda qadın əri sayəsində orta məktəbdə birgə oxuduğu sevgilisi ilə evlənib.
Sfera.az xəbər verir ki, bu barədə "WION" məlumat yayıb .
Belə ki, 2021-ci ildə 19 yaşlı Kuşbu Kumari 26 yaşlı Raceş Kumarla evlənib. Cütlüyün Ayuş adlı oğlu doğulub. Buna baxmayaraq, qadın hələ də məktəbdə oxuduğu vaxt görüşdüyü Çandan Kumara aşiq imiş. Onlar qadının əri ilə yaşadığı evdə də görüşməyə davam ediblər. Bu sirr Kumarinin qayınları tərəfindən Çandan Kumarın tutulmasından sonra ortaya çıxıb.
Hadisədən xəbər tutan ər Raceş Kumar isə məsələyə fərqli yanaşıb. Həyat yoldaşını və sevgilisi Çandan Kumarı bağışlayıb. Ertəsi gün isə "rəqibi"ni kənd icmasına təqdim edib və həyat yoldaşı ilə Çandanın evlənməsi üçün icmadan xahiş edib. İcma Raceşin istəyini qəbul edib və yerli kilsədə onlar üçün təvazökar bir toy mərasimi keçirilib.
"Kuşbu və Çandan bir-birini çox sevirdi və çox danışırdılar. Həyat yoldaşıma xoşbəxt olması üçün sevgilisi ilə evlənməyə kömək etdim. Onlara xoşbəxt ailə həyatı arzulayıram".