“ABŞ Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilə üzrə Rusiya ilə hələ də istənilən vaxt danışıqlara hazırdır”.
“Report” TASSa istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
O, Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilədə iştirakının dayandırmasına dair qərarından məyus olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsində iştirakını dayandırdıqlarını bidirib.
Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulamışdı.