Azərbaycan Energetika Nazirliyi aylıq əsasda ölkədə hasil edilən neft və qazın həcminə dair məlumatların açıqlanmasını dayandırıb.
Hasilatla yanaşı, ixraca dair məlumatlar da açıqlanmır.
Belə ki, iyun ayında nazirlik yanvar-may ayları üzrə hasilat-ixrac göstəricilərini açıqlamayıb. Adətən bu göstəricilər ayın birinci yarısında açıqlanırdı.
Energetika Nazirliyindən Musavat.com-a verilən məlumata əsasən, bundan sonra neft-qaz hasilatına və ixracına dair məlumatlar yarımillik olmaqla, ildə cəmi iki dəfə açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl Dövlət Neft Fondu AÇG və Şahdəniz-dən gəlirləri, həmçinin Mərkəzi Bankla birlikdə keçirilən hərraclarda valyuta satışına dair məlumatların aylıq açıqlanmasını rüblüklə əvəz edib.
Mərkəzi Bank isə keçirdiyi valyuta hərraclarında satışların həcminə dair məlumatları açıqlamağı dayandırıb.
Musavat.com