Stilist Aleko Nadiryan geyimlərdə ən dəbli rənglərin adını çəkib.
Ekspertin sözlərinə görə, 2024-cü ildə qırmızı və şokolad çalarlarının birləşməsi dəb halını alıb.
"Boz qırmızı kimi olmasa da, az təsiredici deyil. Nəzərə alaq", - mütəxəssis yazıb.
Bundan əlavə, Nadiryan sözügedən rənglərdə paltarları sınayan modellərin şəkillərini nümayiş etdirib. Yerləşdirilən kadrlarda modellər qəhvəyi rəngdə paltar, gödəkçə, sviter və palto geyiniblər. Həmçinin onlar qırmızı tayt, şərf, ayaqqabı və ya beysbol papağı ilə görünüşlərini tamamlayıblar.//Lent.az