Əmisindən PUL İSTƏDİ, imtina ediləndə öldürdü... - VİDEO

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib.

Rayonunun Xalatala kənd sakini Şahin Zalxayevi yaşadığı evdə qana bulanmış vəziyyətdə işdən evə qayıdan qardaşı aşkar edib. Daha sonra o, Polis Şöbəsinə məlumat verib. Həyata keçirilmiş əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu, 17 yaşlı yeniyetmə saxlanılıb.

Qətllə bağlı bəzi təfərrüatlar məlum olub. Qohumlar bildiriblər ki, öldürülən Şahin Zalxayev uzun illər şəkər xəstəsi olub və son dövrlər vəziyyəti ağırlaşdığına görə yatağa düşdüyündən qardaşı ilə birgə yaşayırmış.

İddiaya görə, cinayətə səbəb saxlanan şəxsin əmisindən pul istəməsidir.

Hazırda Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

 

06.08.2023 15:49
865