Əmirbəyov Vaşinqtonda Paşinyan haqqında bu sözləri dedi...

Musavat.com "Politico" nəşrinə istinadla bildirir ki, Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşınqtondakı Hadson İnstitutunda çıxış edib. O, öz çıxışında bildirib ki, Paşinyan artıq özü üçün ən çətin addımı atıb.

Bu addım nə imiş?

Hər şeyə rəğmən Azərbaycana qarşı ərazi iddialarının olmamasını və ölkəmizin ərazi bütövlüyünü tanıdığını dəfələrlə açıq bəyan edib.

Xüsusi tapşırıqlar üzrə nümayəndə daha sonra deyib ki, indi isə o, öz hərəkətlərini həmin bəyanatlara uyğunlaşdırmalıdır.

E.Əmirbəyov Azərbaycanın gözləntisini dilə gətirib: Bizim gözləntimiz ondan ibarətdir ki, Paşinyan Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin olunmasını təmin etməlidir".

Musavat.com xatırladır ki, Azərbaycan dəfələrlə Ermənistan hökumətindən konstitusiyaya islahatları tələb edib. Çünki Ermənistanın ana qanununda Azərbaycana qarşı açıq ərazi iddiaları yer alıb.

Hazırda Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əsas tələbi konstitusiyasının islah olunmasıdır.

 

Musavat.com

be0037fc-f65e-44a8-b854-eda240420310.jpg (173 KB)

Mənbə: politico.com

01.08.2024 00:19
1972