Eminemin qızı ərə getdi

Amerikalı reper Eminemin qızı Heyli Ceyd Meters ərə gedib. Xanım şad xəbəri şəxsi "Instagram" hesabında paylaşıb.

"Mən bu həftə bir həyat yoldaşı olaraq oyandım. Bundan gözəl mərasim ola bilməzdi. O qədər xoşbəxtlik göz yaşları töküldü, o qədər gülüşlər, əyləncələr oldu", - qadın öz sevincini pərəstişkarları ilə bölüşüb.

Qeyd edək ki, Eminem və onun keçmiş həyat yoldaşı Kimberli Enn Skottun üç övladı var. Heyli 25 dekabr 1995-ci ildə anadan olub.

22.05.2024 04:11
2205