Əminə Şirin keçmiş ərinə görə efiri tərk etdi - VİDEO

Müğənni Əminə Şirin “Rəngarəng” verilişini tərk edib.

Musavat.com xəbər verir ki, proqramda qonaq olan Əminə eks həyat yoldaşı Kazımcanın efirə qoşulması səbəbindən canlı efiri tərk edib.

O bildirib ki, Kazımcan haqqında danışmaq istəmir.

Daha sonra efirə qayıdan sənətçi yalnız qızının atasını sevdiyini qeyd edib:

"Mən bu günə kimi, həyatım boyunca yaşadığım müddətcə uşağımın atasını sevmişəm. Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam.Tək və son sevgim qızım Fatimənin atası olub. O da bu yaxınlarda rəhmətə gedib. Allah rəhmət etsin".

Qeyd edək ki, Əminənin ikinci evliliyi keçmiş prokuror Rəşid Həsənovun oğlu ilə olub. Cütlük həbsxanada ailə qurub.

Könül
Musavat.com

18.06.2025 13:19
1302